AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda bu müəssisənin dissertantları Vəfa Məmmədova və Fidan Rüstəmovanın 5603.01 “Beynəlxalq hüquq: insan hüquqları” və 2406.03 “Bioetika” ixtisasları üzrə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün açıq Müdafiə Şurası keçirilib.
Namizədlər Müdafiə Şurasına dissertasiya işləri barədə məlumat verib, beynəlxalq təcrübə və milli qanunvericilikdən istinadlar gətiriblər.
Qeyd edək ki, Azərbaycanda ilk olaraq Hüquq və İnsan Haqları İnstitutunda tibb hüququ sahəsində alimlərin yetişdirilməsinə başlanılıb. Eyni zamanda tibb hüququ sahəsində Azərbaycanda ilk Beynəlxalq Müdafiə Şurası Hüquq və İnsan Haqları İnstitutunda “Zoom” platforması üzərindən onlayn yayımlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.