Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Səfir AMEA-nın vitse-prezidenti v.i.e, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva və institutda Özbəkistanla bağlı tədqiqatlar aparan alimlərlə görüşüb.
Görüşdə Azərbaycan və Özbəkistan arasındakı əlaqələrdən söz açılıb. Akademik G.Baxşəliyeva səfirə institutda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib. O, şərqşünas alimlərin özbək tarixi, ədəbiyyatı ilə bağlı nəşr olunan kitabları barədə səfirə ətraflı danışıb.
Tədbirdə iştirak edən institutun Mərkəzi Asiya ölkələri şöbəsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimova və hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev özlərinin Özbəkistanla bağlı tədqiqatlarından bəhs ediblər.
Görüşdən məmnunluğunu bildirən səfir Bəhram Əşrəfxanov AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Özbəkistanın müvafiq elm və təhsil qurumlarının əməkdaşlıqlarının genişlənməsinin vacibliyindən danışıb və bu işdə Özbəkistan səfirliyinin dəstək göstərməyə hazır olduğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.