Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Neft və Qaz İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq topluda çap edilib
15.03.2022 14:47
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq topluda çap edilib

Neft və Qaz İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev və Anatoliy Strekovun həmmüəllifi olduğu məqalə “Yumşaq hesablamalar, sözlər və qavramalarla hesablamalar və süni intellekt üzrə” 11-ci beynəlxalq nəzəriyyə və tətbiq konfransının materiallar toplusunda işıq üzü görüb.

Sözügedən məqalə “Qeyri-səlis klasterləşdirmə alqoritmindən istifadə etməklə neftvermə əmsalı hesablamalarının təhlili və düzgünlüyünün qiymətləndirilməsi” adlanır.

Qeyd edək ki, məqalənin digər həmmüəllifləri Qazaxıstan Respublikasının Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin alimləri Bağdad Kolibayev, Maral Karajanova və Ləzzət Jetokovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: