Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2022 16:12
  • A-
  • A
  • A+

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ədəbiyyat İnstitutunun qonağı olub

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ədəbiyyat İnstitutunun qonağı olub

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Motazz Muhi Əbdulhəmid Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.

Qonaq AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli ilə bir sıra əməkdaşlıq məsələlərini müzakirə edib.

Akademik İsa Həbibbəyli Azərbaycanda ərəb ədəbiyyatının tədqiqi və İraqın bir çox universitetlərində türkologiya fakültələrinin olması barədə fikirlərini bölüşüb. “Bağdat ədəbi mühitini və digər müəllifləri müştərək öyrənməyə hazırıq. Xüsusən, Məhəmməd Füzulinin öyrənilməsinə böyük əhəmiyyət veririk. Füzulini türkcə və ərəbcə çap etmək çox faydalı olar. İnstitutumuzda ayrıca Nizamişünaslıq və Füzulişünaslıq şöbələri vardır. Eyni zamanda İraq ədəbiyyatını sistemli şəkildə öyrənməyimizə də ehtiyac var. Füzuli haqqında müştərək kitab hazırlamağımızı və konfrans keçirməyimizi təklif edirəm”, - deyə İsa Həbibbəyli bildirib.

Motazz Muhi Əbdulhəmid İraqda Azərbaycan, xüsusilə Qarabağ məsələsi ilə bağlı mətbuatda fəal çıxış etdiyini, “Qarabağ-Mübarizənin tarixi” kitabını yazdığını, Şuşanı ziyarət etdiyini diqqətə çatdırıb. İraq Mədəniyyət Nazirliyinin Füzulinin əsərlərini çap etməyi təklif etdiyini bildirib. Ədəbiyyat İnstitutundan Füzulinin əsərlərini və onun haqqında olan tədqiqatları çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan Respublikasının  İraqdakı Səfirliyinin Müvəqqəti işlər vəkili Nəsir Məmmədov və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Motazz Muhi Əbdulhəmidun imzaladıqları “Təqdirnamə” Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidova təqdim olunub. Həmçinin instituta aid bir sıra nəşrlər qonağa hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: