YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan: Prezident İlham Əliyevin liderliyində dəyişən reallıqlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə bildirilib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır. Bu dövr Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur. Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Lider Heydər Əliyevin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq gələcəyə doğru daha inamla irəliləyir.
Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.
Fəxri fərmanla təltif olunanlar sırasında AMEA Rəyasət Heyəti Aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinin müdir müavini Kamran Mustafayev də olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.