Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanda orqan transplantasiyasının tarixinə həsr olunmuş məqalə nüfuzlu elmi jurnalda dərc edilib
24.03.2022 12:58
  • A-
  • A
  • A+

Azərbaycanda orqan transplantasiyasının tarixinə həsr olunmuş məqalə nüfuzlu elmi jurnalda dərc edilib

Azərbaycanda orqan transplantasiyasının tarixinə həsr olunmuş "A Brief History of Organ and Tissue Transplantation in Azerbaijan" adlı məqalə nüfuzlu elmi jurnalda dərc edilib.

Məqalənin müəllifləri Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov və Dr. Fərəh Qəhrəmanovadır.

Məqalədə ölkəmizdə transplantasiya qanunları, böyrək, qaraciyər, sümük iliyi, süni ürək, kök hüceyrələr və buynuz qişanın transplantasiyasının başlanması və inkişaf dinamikası, tədrisi, bu sahə üzrə aparılan elmi tədqiqatlardan bəhs olunub. Bu sahədə fəaliyyət göstərən mütəxəssislər və xəstəxanalar barədə məlumatlar təqdim olunub, eləcə də perspektivlər qeyd edilib.

Məqalə ilə buradan tanış olmaq mümkündür.

Aztibb.az

  • Paylaş: