Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2022 09:36
  • A-
  • A
  • A+

“Müasir elmi çağırışlar və tarix” mövzusunda elmi seminar keçirilib

“Müasir elmi çağırışlar və tarix” mövzusunda elmi seminar keçirilib

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda Elm günü ilə əlaqədar “Müasir elmi çağırışlar və tarix” mövzusunda seminar keçirilib.

Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin ölkəmizdə Elm günü kimi təsis edilməsi elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi gənc nəsildə elmə olan marağın artmasına və onların mütəxəssis kimi yetişməsinə müsbət təsir göstərəcək.

Tarix üzrə fəlsəfə doktoru, dosent Tamella Kərimova məruzəsində Azərbaycan tarix elminin yaranması və inkişafından, həmçinin əldə olunan nailiyyətlərdən danışıb.

Məruzə ətrafında müzakirələr aparılıb. Tarix elmləri doktorları İradə Bağırova, Mais Əmrahov və Nigar Maksvell mövzu ilə bağlı çıxış ediblər. Mövzunun müzakirəsinin növbəti elmi seminarlarda davam etdirilməsi təklif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: