Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Vasif Abbasov: STEPI ilə birgə icra olunacaq innovativ layihə texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsinin YT Parkda tətbiqini nəzərdə tutur
31.03.2022 14:30
  • A-
  • A
  • A+

Vasif Abbasov: STEPI ilə birgə icra olunacaq innovativ layihə texnologiyaların kommersiyalaşdırılması sahəsində Koreya təcrübəsinin YT Parkda tətbiqini nəzərdə tutur

STEPI ilə əməkdaşlıq AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) texnologiyaların transferi və kommersiyalaşdırılma, startap-biznes inkubasiya, eləcə də digər strateji fəaliyyətlərinin həyata keçirilməsində mühüm rol oynayır.

Bu barədə YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov martın 29-da AMEA Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında 2022-2024-cü illərdə həyata keçiriləcək “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi ilə bağlı keçirilən onlayn görüşdə məlumat verib.

Baş direktor bildirib ki, elmin müasir tələblərə uyğun inkişafının təmin olunması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyaların inkişaf etdirilməsi məqsədilə yaradılmış YT Park ölkədə biznes təşəbbüskarlığı, innovativ tədqiqat və inkişaf, bilik iqtisadiyyatının inkişafına töhfə verən aparıcı yerli və beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin elmi  müəsisələri ilə  birgə fəaliyyəti təmin etməyi qarşısına məqsəd qoyub. 

V.Abbasovun sözlərinə görə, STEPI ilə 2017-ci ildən bəri davam edən əməkdaşlıq elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması və tətbiqinin stimullaşdırılması, akademiya-sənaye əməkdaşlığının mövcud sahibkarlıq fəaliyyətlərinin inkişafındakı rolunun müəyyən edilməsi, elmi tədqiqat işlərinin sənayenin və real biznesin, o cümlədən aqrar sektorun tələblərinə uyğunlaşdırılmasını təmin edən işgüzar mühitin formalaşdırılması baxımından YT Park və AMEA-nın digər elmi tədqiqat müəssislərinin əməkdaşlarının potensiallarının gücləndirilməsinə zəmin yaratmış və onların bu sahələrdə öz bacarıqlarının artırılmasını təmin etmişdir.

O qeyd edib ki, cari ildən icrasına başlanılan “AMEA Yüksək Texnologiyalar Parkının  istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin - texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsi və tətbiqini qarşıya məqsəd qoyur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: