Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Seysmoloji Mərkəzin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər
31.03.2022 16:50
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

ABŞ-ın “Kinemetrics” şirkətinin təşkilatçılığı ilə növbəti onlayn vebinar keçirilib. 

“Kinemetrics” şirkətinin dəvəti ilə sessiyada xüsusi qonaq olan məruzəçi Dr. Andre Alegre “Böyük beton bəndlərin Seysmik və konstruktiv Dayanıqlığının Monitorinqi (SSHM) sistemlərinin proqram komponentinin təkmilləşdirilməsi və dinamik yerdəyişmə modelləşdirilməsi” proqramlarının təqdimatı ilə çıxış edib.

Vebinarda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, rəis müavini Ruqiyyə Kərimova, mühəndis-proqramçı Yeganə Muradova və büronun əməkdaşı Güllü Məhərrəmova iştirak ediblər. 

Xatırladaq ki, 2020-ci ildən başlayaraq hər ay “Kinemetrics” şirkətinin təşkilatçılığı onlayn vebinarlar keçirilir və bu tədbirlərdə RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun əməkdaşları aktiv şəkildə iştirak edirlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: