Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.04.2022 10:55
  • A-
  • A
  • A+

Tarix İnstitutunda azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərindən danışılıb

Tarix İnstitutunda azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərindən danışılıb

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi konfrans keçirilib.

İnstitutun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov qeyd edib ki, artıq 24 ildir Azərbaycan xalqı martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edir.

Alim bildirib ki, 1918-ci ilin mart-avqust aylarında Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Lənkəran, Göyçay və digər ərazilərində, eləcə də Cənubi Azərbaycanda erməni silahlı dəstələrinin törətdiyi qanlı cinayətlər nəticəsində 950 mindən çox azərbaycanlı qətlə yetirilib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılıb, 132 min azərbaycanlı qətlə yetirilib. Bu soyqırımı aktının törədildiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz iz qoyub. Xalqımıza qarşı törədilən bu cinayətləri biz heç zaman unutmamalıyıq.

Tədbirdə tarix elmləri doktoru Mais Əmrahov, tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov, İlqar Niftəliyev, Rəşad Rüstəmov, Nüşabə Məmmədova azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: