Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.04.2022 16:48
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov açaraq iclasın 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunduğunu bildirib.  

Z. Eminov ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqındaFərmanına əsasən 1998-ci il martın 26-dan etibarən 31 mart tarixinin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. O bildirib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında azərbaycanlılara qarşı törədilən soyqırım zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb, bir çox qədim binalar, tarixi abidələr dağıdılıb. Alim vurğulayıb ki, azərbaycanlıların soyqırım faktlarının tanınması və düzgün qiymətləndirilməsi ədalətin bərpası işində böyük əhəmiyyət kəsb edir.

Tədbirdə, həmçinin Elmi şuranın gündəliyində olan bir sıra məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: