Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İnnovativ texnologiyalar” verilişinin növbəti buraxılışı yayımlanıb
06.04.2022 16:25
  • A-
  • A
  • A+

“İnnovativ texnologiyalar” verilişinin növbəti buraxılışı yayımlanıb

AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin Videosalnamə sektorunun hazırladığı “İnnovativ texnologiyalar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Tamaşaçıların maarifləndirilməsinə və alimlərimizin Azərbaycan elminin inkişafı naminə əldə etdikləri uğurlarının və gələcək planlarının müzakirəsinə həsr olunmuş verilişin çəkilişləri AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin arxiv studiyasında aparılır.

“İnnovativ texnologiyalar” verilişinin budəfəki mövzusu iqtisadi-siyasi coğrafiya və coğrafiyaşünas alimlərin işğaldan sonrakı dövrdə Qarabağda gördüyü işlər və Qarabağın siyasi-coğrafi mövqeyinə həsr olunub.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev sözügedən mövzu ətrafında öz fikirlərini səsləndirib, həmçinin son illər bu istiqamətdə Akademiyada işıq üzü görən və özünün müəllifi olduğu kitablardan söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: