Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.04.2022 11:15
  • A-
  • A
  • A+

Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatı verilib

Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatı verilib

AMEA-nın İqtisadiyyat İnstitutunda yüksək səviyyədə təcrübə-təlimi keçmiş Bakı Biznes Universitetinin magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatının təqdimatı mərasimi keçirilib.

Bakı Biznes Universitetinin (BBU) rektoru, i.e.d., professor İbad Abbasovun da iştirak etdiyi tədbiri AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanov açıb. Magistrantlarla təcrübə-təlimi və onun yekun nəticələri ətrafında maraqlı müzakirələr aparılıb. 

1 ay müddətində İqtisadiyyat İnstitutunun alimləri  tərəfindən “Beynəlxalq müqayisəli iqtisadi tədqiqatlar” mövzusunda keçirilən təlimlərdə BBU-nun 15 magistrantı iştirak edib. Onlar üçün dünyada iqtisadiyyat sahəsində məşhur beynəlxalq müqayisəli reytinqlər və bu sahədə aparılan tədqiqatlarla bağlı təlimlər, praktiki məşğələlər təşkil olunub. Təlimlərin sonunda onların aldıqları biliklər qiymətləndirilib. Yüksək nəticə göstərən magistrantlara İqtisadiyyat İnstitutunun sertifikatını professor Nazim İmanov təqdim edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.  

Qeyd edək ki, təcrübə-təlim kurslarının keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün institutun şöbə müdiri, i.e.d., professor Müşfiq Atakişiyev səlahiyyətli şəxs təyin olunub. 

Universitetin magistrantları İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanıblar. Son 3 ildə beynəlxalq reytinqlər üzrə araşdırmalar aparan, kitablar nəşr edən, müvafiq hökumət qurumlarında ekspert qismində təmsil olunan İqtisadiyyat İnstitutu bu sahədə peşəkar elmi təcrübəyə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: