Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
11.04.2022 14:12
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Kolumbiyada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər konfransında iştirak edib.

Konfransda müasir dünyada müsəlman ərəb qadınların üzləşdikləri problemlərdən bəhs edən X.Ələkbərovanın “Müsəlman ərəb qadınların səsini təmsil edən yazıçı Səlva Bəkr” adlı məruzəsi maraqla qarşılanıb.

Şərqşünas alim misirli yazıçının əsərləri əsasında bu gün əksər müsəlman qadınların ailədə, cəmiyyətdə üzləşdikləri problemləri, qarşılarına çəkilən süni sədləri, haqlarının tapdalanmasını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzədə misirli yazıçının bütün yaradıcılığı boyu izlənilən cəmiyyəti islah etmək çağırışları xüsusi vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: