Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

12.04.2022 14:37
  • A-
  • A
  • A+

MEK əməkdaşı kitabxanaçılıq mövzusuna həsr olunmuş verilişdə iştirak edib

MEK əməkdaşı kitabxanaçılıq mövzusuna həsr olunmuş verilişdə iştirak edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı Pərvanə Qarayeva Mədəniyyət kanalının “Deməli” verilişində iştirak edib.

Budəfəki buraxılışı kitabxanaçılıq mövzusuna həsr olunmuş verilişdə, həmçinin Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan, Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri iştirak ediblər.

MEK əməkdaşı Pərvanə Qarayeva kitabxanaçılıq peşəsinin məsuliyyətindən, kitabxanaçının öhdəsinə düşən vəzifələrdən, kitab və mütaliə təbliği yönündə təcrübi fəaliyyətində nail olduğu uğurlardan, qaşılaşdığı problemlərdən danışıb. Bildirib ki, qədim zamanlarda kitabxanalar yaradıldığı gündən cəmiyyət kitabı elmli, hərtərəfli biliyə malik olan şəxslərə etibar edib. O, kitabxanaşünaslıq tarixində bu işin alimlərə həvalə edildiyini göstərən mənbələrdən, rus kitabxanaşünası N.Rubakinin kitabxanaçıların örnək götürə biləcəyi təcrübi fəaliyyətindən nümunələr göstərib.

Verilişdə iştirak edən qonaqlar kitabxanaçılıq peşəsinin nəzəri məsələlərindən, elektron və ənənəvi kitabxanaların vəhdətindən, müasir dünyada istifadəçilərin sənəd tələbatının elektron formada ödənilməsindən danışıb. O cümlədən kitabxana fakültəsinin yaradıldığı tarixdən bugünədək keçdiyi inkişaf yolundan, tədris prosesindən, tələbələrin seçdikləri ixtisasa münasibətlərindən geniş şəkildə məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: