Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Fərzəliyev Gürcüstan Milli Elmlər Akademiyasının üzvü seçilib
14.04.2022 16:32
  • A-
  • A
  • A+

Akademik Vaqif Fərzəliyev Gürcüstan Milli Elmlər Akademiyasının üzvü seçilib

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev 14 aprel 2022-ci il tarixində keçirilən Gürcüstan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında bu qurumun həqiqi (xarici) üzvü seçilib.

Bu barədə Gürcüstan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik-katibi akademik Vladimir Sisiaşvili məlumat verib.

Qeyd edilir ki, V.Fərzəliyevin iki ölkənin elmi əlaqələrinin inkişafına böyük xidmətləri nəzərə alınaraq bu qərar verilib.

Məlumat üçün qeyd edək ki, akademik V.Fərzəliyev indiyə qədər rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunun Gürcüstan Milli Elmlər Akademiyasının Fiziki və Üzvi Kimya İnstitutu və Gürcüstan Texniki Universiteti ilə beynəlxalq əlaqələrin qurulmasında, o cümlədən bu ölkədə təşkil olunan elmi konfrans, simpoziumlarda plenar məruzələrlə çıxış edib, Gürcüstandan olan müvafiq elmi dərəcə iddiaçıların Aşqarlar Kimyası İnstitutunun nəzdində fəaliyyət göstərib Dissertasiya Şurasında müdafiələrini təşkil edib, Gürcüstanda fəaliyyət göstərən Dissertasiya Şuralarında onlara oponentlik edib, onların dissertasiya işlərinə və avtoreferatlarına rəy verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: