Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2022 10:22
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər

BDU-nun tələbələri Radiasiya Problemləri İnstitutunda təcrübə keçirlər

AMEA-nın Radiasiya Problemləri İnstitutu Bakı Dövlət Universiteti (BDU) ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirir.

Belə ki, sözügedən universitetin Fizika fakültəsində “Fizika” ixtisası üzrə təhsil alan IV kurs tələbələri bu aydan etibarən institutun laboratoriyalarında istehsalat təcrübəsinə başlayıblar.

Mayın 25-ə qədər davam edəcək istehsalat təcrübəsində iştirak edən tələbələr institutun laboratoriyalarında onlar üçün yaradılan şəraitdən məmnun olduqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: