Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2022 12:46
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Akademik Asəf Hacıyev beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunun dəvəti ilə Milli Statistika seminarında “Naməlum parametrləri artan reqressiya modellərinin araşdırılması üçün yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəsində müvafiq sahə üzrə əldə etdiyi son nəticələri iştirakçıların diqqətinə çatdıran akademik qeyd edib ki, təklif olunan yanaşma bu günə qədər həlli mümkün olmayan praktiki məsələlərin həllinə kömək edəcək.

Səfər çərçivəsində A.Hacıyev Bolqarıstan Elmlər Akademiyasının prezidenti, akademik Yulian Revalski ilə görüşərək riyaziyyat sahəsində müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb. Müzakirələrdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) daxil olan ölkələrin Elmlər Akademiyaları arasında əməkdaşlığın gücləndirilməsi və QDİƏT Parlament Assambleyasının 30 illiyi münasibətilə keçiriləcək silsilə tədbirlərdə təşkilata daxil olan ölkələrin Elmlər Akademiyalarının prezidentlərinin görüşünün keçirilməsi təklif olunub.

Sonda Bolqarıstan Elmlər Akademiyasının prezidenti Yulian Revalski akademik A.Hacıyevə Bolqarıstan Elmlər Akademiyasının 150 illik yubileyinə həsr olunan xüsusi sikkəni təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: