Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2022 14:24
  • A-
  • A
  • A+

Türkiyəli tədqiqatçı Əlyazmalar İnstitutunda elmi ezamiyyətdədir

Türkiyəli tədqiqatçı Əlyazmalar İnstitutunda elmi ezamiyyətdədir

13 aprel 2022-ci ildə Türkiyə Cümhuriyyəti Gümüşhane Universitetinin Ədəbiyyat Fakültəsi Tarix kafedrasının elmi işçisi Eray Demirli AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna elmi ezamiyyətə gəlib.

Ekspozisiya zalında qarşılanan alimə institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verilib. Daha sonra qonaq oxu zalında ərəbdilli əlyazmaların kataloqu ilə tanış olub. Eray Demirli bildirib ki, aprel-may aylarında Azərbaycanda elmi ezamiyyətdə olacaq və bu müddət ərzində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan arxeoqrafik sənədlər üzərində tədqiqat işləri aparmaq istəyir. Araşdırma üçün qonağa müvafiq şərait yaradılıb.

Artıq Türkiyəli alim institutda qorunan Şəran Mirzə Kərim və Zari Mirzə Mahmudun “Divan”larının nüsxələri ilə tanış olub və onları ilkin tədqiqata cəlb edib. Hazırda Eray Demirli institutda qorunan bəzi arxeoqrafik sənədlər üzərində çalışmaqdadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: