AMEA-nın Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi, Radioizotop Tarixləndirmə laboratoriyasının əməkdaşı Aybəniz Əhədova İctimai radionun “Can Azərbaycan” proqramında iştirak edib.
Proqramda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Aslan Qasımovla birlikdə iştirak edən A.Əhədova “Qobustan qayaüstü təsvirlərin xronologiyasının dəqiq dövrləşmə metodları ilə müəyyən edilməsi” adlı qrant layihəsi haqqında məlumat verib.
Sözügedən layihə əsasında qayaüstü təsvirlərin öyrənilməsi tarixində ilk dəfə olaraq təsvirlərin yaşının arxeoloji konteksdən asılı olmadan, dəqiq dövrləşdirmə metodları ilə birbaşa müəyyən edilməsi prossesindən bəhs edən A.Əhədova, həmçinin Qobustanın əsas düşərgə və abidələrini, müasir və dəqiq dövrləşdirmə metodlarına əsaslanaraq xronoloji cədvəlin yaradılmasının vacibliyini də diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.