Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.04.2022 15:10
  • A-
  • A
  • A+

Şərqşünasliq İnstitutunun sərgisində kitablar hədiyyə edilib

Şərqşünasliq İnstitutunun sərgisində kitablar hədiyyə edilib

Aprelin 15-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 MartElm günü və 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar kitab sərgisi təşkil olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 1958-ci ildə yaradılan Şərqşünaslıq İnstitutu ötən 64 ildə elmimizə böyük töhfələr verib. Dünya şöhrətli şərqşünaslar elmimizi beynəlxalq məkanda layiqincə təmsil ediblər. Ötən illər ərzində Şərqşünaslıq İnstitutunda yüzlərlə dəyərli kitab nəşr edilərək elmi ictimaiyyətin ixtiyarına verilib. Akademik qeyd edib ki, hazırkı sərgidə institutda son illərdə nəşr edilən kitablar nümayiş etdirilir.

Daha sonra tədbir iştirakçıları sərgidə nümayiş edilən kitablarla tanış olublar. Sərgilənən kitablar iştirakçılara hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: