Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.04.2022 09:18
  • A-
  • A
  • A+

Türkiyəli tədqiqatçı Hüseyn Cavidin Ev Muzeyində olub

Türkiyəli tədqiqatçı Hüseyn Cavidin Ev Muzeyində olub

Türkiyə Cümhuriyyətinin Kayseri Universitetinin peşəkar sənət tarixçisi Nazire Nalar Gök AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində qonaq olub.

Alim “Bakıda yerləşən ev muzeyləri” mövzusunda tədqiqat apardığını və bu əsnada Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən yeganə ev muzeyi olan Hüseyn Cavidin Ev Muzeyinin təcrübəsini öyrənmək istədiyini bildirib.

Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini mətbuatdan və sosial şəbəkələrdən izlədiyini qeyd edən tədqiqatçı əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olub. Daha sonra ona muzeyin tarixi, fəaliyyət istiqaməti və strukturu barədə ətraflı məlumat verilib. Nazire Nalar Gök sözügedən muzeydə aparılan tədqiqat işlərinin nəticələri ilə və burada nəşrə hazırlanan kitablarla da maraqlanıb. Son illərdə çap olunan “Cavidşünaslıq” toplusu ilə tanışlıqdan sonra alim bildirib ki, muzeyin Hüseyn Cavid və ümumiyyətlə Cavidlər ailəsinin irsinin tədqiqi və təbliği istiqamətində təcrübənin öyrənilməsi ev muzeylərinin işinin təşkili üçün bir nümunə ola bilər.

Sonda Nazire Nalar Gök muzeyin rəy kitabına ürək sözlərini yazıb və xatirə şəkli çəkdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: