Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.06.2025 11:55
  • A-
  • A
  • A+

Tarixçilər Şəkidə elmi ezamiyyətdə olublar

Tarixçilər Şəkidə elmi ezamiyyətdə olublar

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru t.e.d., prof. Kərim Şükürovun təşəbbüsü ilə “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin əməkdaşları  2-4 iyun tarixində Şəki şəhərinə elmi ezamiyyətə göndərilib.

Əsas məqsəd Qafqaz Albaniyasının tarixi, maddi və mənəvi irsi ilə bağlı tədqiqatları genişləndirmək, indiyədək aparılmış elmi tədqiqatlara yeni dövrün tələbləri baxımdan yanaşmaq, eləcə də yeni elmi faktları aşkarlamaqdan ibarət olub.

Şöbə əməkdaşları Şəki rayonu ərazisindəki Albaniya dövrü memarlıq abidələrini, o cümlədən Kiş ərazisində yerləşən Alban məbədini nəzərdən keçirib, onun memarlıq xüsusiyyətlərini elmi tədqiqatlar müstəvisində yenidən öyrənib, gələcək tədqiqatlarda əksini tapacaq nəticələr əldə ediblər.

Həmçinin Şəki rayonunun Fazil kəndində yerləşən və unikal plan quruluşuna malik Praktik Arxeologiya Muzeyi (“Əbədi sükut dünyası” - Labirint) ərazisində ilkin sahə müşahidələri aparılıb, gələcək tədqiqatlar üçün mühüm məlumatlar toplayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: