Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.04.2022 10:08
  • A-
  • A
  • A+

Şəhid ailələri və qazilər Tarix Muzeyini ziyarət ediblər

Şəhid ailələri və qazilər Tarix Muzeyini ziyarət ediblər

“Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində şəhid ailələrinin üzvlərinin və Vətən müharibəsi qazilərilərinin Milli Azərbaycan Tarixi Muzeyinə ziyarəti davam edir.

Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin dəstəyi ilə muzeyə dəvət olunmuş qonaqlar məşhur xeyriyyəçi H.Z.Tağıyevin xatirə muzeyini ziyarət ediblər.

Muzeyin elmi işçisi Sahibə Ələkbərova qonaqlara muzey haqqında ətraflı məlumat verib və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində muzeylərin xüsusi əhəmiyyətinin olduğunu vurğulayıb.

Qeyd edək ki, şəhid ailələri və qazilər üçün muzeydə təşkil edilmiş ekskursiyaların davamlı şəkildə olacağı nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: