Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Oğuzun Daşağıl çayı və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb
21.04.2022 12:13
  • A-
  • A
  • A+

Oğuzun Daşağıl çayı və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya və Landşaftşünaslıq şöbələrinin əməkdaşları tərəfindən Oğuz rayonundakı Daşağıl çayı, Muxas və Daşağıl kəndləri ərazilərində ekoloji monitorinq aparılıb.

Monitorinq zamanı Daşağıl çayının gətirmə konusunda gətirmə səviyyəsinin öyrənilməsi üçün işarələmələr və ölçü işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə olunub, eyni zamanda həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.

Monitorinq aparılan ərazilərdən götürülmüş bitki nümunələrinin mərkəzin genofond bağında əkini həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: