Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.04.2022 12:40
  • A-
  • A
  • A+

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri AMEA-nın Ədəbiyyat Muzeyini ziyarət ediblər

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri AMEA-nın Ədəbiyyat Muzeyini ziyarət ediblər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yeni layihəsi əsasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar 18-22 aprel 2022-ci il tarixlərində “Mədəniyyət həftəsi” keçirilib.

“Mədəniyyət həftəsi” çərçivəsində aprel ayının 18-də Qobustan Milli Tarix-Bədii Qoruğuna gəzinti təşkil olunub.

Aprel ayının 19-da isə AMEA-nın elmi müəssisə və təşkilatlarının Gənc Alim və Mütəxəssislər Şuralarının üzvləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Muzeyin zəngin ekspozisiya zalları ilə tanış olan gənc alimləri İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu müşayiət edib. O, qonaqlara muzeyin müxtəlif eksponatları, xatirə əşyaları və s. haqqında ətraflı məlumat verib. Şura üzvləri Azərbaycan ədəbiyyatını əks etdirən zallar, eksponatlar ətrafında sual və fikirlərini səsləndiriblər.

Daha sonra gənc alimlər muzeyin baş direktoru, akademik Rafael Hüseynovla görüşüblər.

Görüş zamanı akademik Rafael Hüseynov günümüzün elmlə bağlı olan qlobal problemlərindən söhbət açaraq gənc tədqiqatçılara öz tövsiyələrini verib, onlara hər zaman dəstək olmağa hazır olduğunu bildirib.

Sonda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev muzey gəzintisi haqqında təəssüratlarını bölüşüb, belə tədbirlərin davamlı olmasını arzulayıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edən gənclərin təəssüratları daha zəngin və yaddaqalan olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: