Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2022 10:12
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu ilə Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dilçilik İnstitutu ilə Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə onlayn görüş keçirib.

Tədbirdə çıxış edən institutun baş direktoru,filolgiya elmləri doktoru, professor Nadir Məmmədli bu görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıb. Sonra institutun elmi katibi, f.ü.f.d., dosent Aynel Məşədiyeva institutun və şöbələrin fəaliyyəti haqqında ətraflı məlumat verib. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, f.e.d., professor Nozliya Normurodova və universitetin beynəlxalq şöbəsinin koordinatoru, baş müəllim Ozoda Qulyamova universitet haqqında məlumat verib, görüşün və qarşılıqlı əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən bəhs ediblər.

Daha sonra Nəsimi adına Dilçilik İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

Görüşdə, həmçinin Dilçilik İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Baba Məhərrəmli, institutun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Rəxşanə Babazadə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: