Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.09.2024 13:45
  • A-
  • A
  • A+

Xarici tələbələrin elmi-təcrübə mübadiləsi davam edir

Xarici tələbələrin elmi-təcrübə mübadiləsi davam edir

Elmi-təcrübə mübadiləsi əsasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda təcrübə keçən Almaniyanın Yustus Libix Universitetinin tələbələri Azərbaycanın yüksək tarixi turizm potensialı olan ərazilərinə səfər ediblər.

İki gün müddətində tələbələr Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın müşayiəti ilə “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət ediblər.

Səfər çərçivəsində tələbələrə hər iki qoruğun tarixi, yaradılma məqsədi, qoruq ərazisində yerləşən eksponatlar və bu qoruqların tarixi turizmin inkişafındakı rolu haqqında geniş məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: