Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.06.2025 09:39
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimləri elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası sahəsində verdikləri töhfəyə görə təltif olunublar

Əlyazmalar İnstitutunun alimləri elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası sahəsində verdikləri töhfəyə görə təltif olunublar

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində “Elmin populyarlaşdırılması və təhsilə inteqrasiyası” istiqamətində keçirilən tədbirlər çərçivəsində doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş seminarların uğurla yekunlaşması münasibətilə təltifetmə mərasimi keçirilib.

İnstitutumuzun bir qrup alim və mütəxəssisləri seminarlarda təqdim etdikləri maraqlı mühazirələri və öz zəngin bilik xəzinəsi ilə elmimizə dəyərli töhfə verdikləri üçün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Təşəkkürnamə”si il təltif olunublar. “Təşəkkürnamə”ləri əməkdaşlarımıza İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov və Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova təqdim edib.

Tədbir çərçivəsində mühazirəsi dinlənilən əməkdaşlarımızla yanaşı, Təhsil şöbəsinin mütəxəssisi Nuriyyə Əliyeva da seminarların mükəmməl şəkildə təşkili, ali təhsil müəssisələrindən tələbələrin iştirakının təmin edilməsi və ümumilikdə bu işdə göstərdiyi məhsuldar fəaliyyətinə görə Əlyazmalar İnstitutunun “Təşəkkürnamə”si ilə təltif olunub.

Xatırladaq ki, 2025-ci ilin fevral-may ayları ərzində keçirilmiş seminarlarda fil.ü.f.d. Sevinc Bayramovanın, Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovun, fil.ü.f.d. Samirə Əliyevanın, fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın, fil.e.d., dosent Səbinə Əhmədovanın, fəl.e.d., dosent Zəkiyyə Əbilovanın, fil.ü.f.d. Şəhla Xəlillinin, tarix e.d., dosent Tahirə Həsənzadənin, fil.e.d., dosent Nailə Səmədovanın, fil.ü.f.d., dosent Xatirə Yusifovanın, elmi işçi Xanımbacı Məlikzadənin və fil.ü.f.d., dosent Lamiyə Rəhimovanın mühazirələri dinlənilib. 

Tədbirin sonunda təltif olunmuş iştirakçıların xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: