Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.05.2022 22:17
  • A-
  • A
  • A+

Azərbaycan “Xəzər dialoqu-2022” Beynəlxalq Assambleyasında iştirak edib

Azərbaycan “Xəzər dialoqu-2022” Beynəlxalq Assambleyasında iştirak edib

RF Xarici İşlər Nazirliyi yanında Diplomatik Korpusa Xidmət Baş İdarəsinin Mədəniyyət Mərkəzində “Xəzər dialoqu-2022” Beynəlxalq Assambleyasının açılışı olub.

Tədbirdə iştirak edən Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Niderland və Türkmənistan nümayəndələri Xəzər dialoqunun inkişafının xüsusiyyətlərini əyani və onlayn formatlarda müzakirə ediblər.

Assambleya iştirakçılarının əksəriyyətinin ortaq fikrincə, Xəzər dənizi haqqında Konvensiyanın mövcud olmasına baxmayaraq indiyə qədər bəzi hüquqi boşluqlar var və onların doldurulması zəruridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov “Xəzər regionunun geodinamik təhlükəsinin monitorinqi: birgə tədqiqatların perspektivləri və əlaqələndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Günün sonunda Azərbaycan ilə Rusiya arasında Xəzər regionunun tədqiqatları sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi barədə saziş imzalanıb.

Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun, “Xəzər: elm və innovasiyalar” Şurasının, həmçinin Xəzər Regionunda Texnologiyaların və Elmi Əməkdaşlığın İnkişafına Dəstək Assosiasiyasının nümayəndələri imzalayıblar. Saziş çərçivəsində elmi dairələrin məsləhətləşmələri, analitik informasiya materiallarının buraxılması nəzərdə tutulur.

AzərTac

  • Paylaş: