Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.05.2022 15:20
  • A-
  • A
  • A+

Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeyin SABAH-ı” adlı layihə keçirilib

Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeyin SABAH-ı” adlı layihə keçirilib

Bu il 18 May Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirilib. Bu istiqamətdə ICOM (Beynəlxalq Muzeylər Şurası) muzeylərin öz icmalarında müsbət dəyişikliklərin həyata keçirilməsi üçün onların potensialını üç nöqteyi-nəzərdən - dayanıqlılığa nail olmaq, rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyalar və təhsil vasitəsilə icma qurmaq gücünü öyrənməyə çalışır.

Belə ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Muzeylər Şurasının təklif etdiyi 3-cü bəndə əsasən “Muzeyin SABAH-ı” adlı layihə çərçivəsində tədbir keçirilib.

Layihənin iştirakçıları Azərbaycan Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət və dizayn ixtisasları üzrə təhsil alan və təhsildə göstəriciləri ilə fərqlənən “SABAH” qruplarının tələbələri olublar.

Layihənin məqsədi tələbələrin muzeyin kolleksiyası və binanın möhtəşəm interyerindən ilhamlanaraq öz potensiallarını nümayiş etdirmələri üçün şərait yaratmaq, onların mənəvi zövqünün formalaşmasında önəmli rol oynamaq və muzeyin yaradıcı gənclərlə əməkdaşlığını genişləndirmək olub.

İştirakçılar muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri incəsənət sahələri üzrə əl işlərini hazırlayıblar.

Sonda layihənin kuratoru, muzeyin əməkdaşı Zümrüd İsmayılova tərəfindən gənc rəssamlar təşəkkürnamə ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: