Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” tanınmış şair Ənvər Əlibəylinin 110 illiyinə həsr olunub
06.04.2026 12:40
  • A-
  • A
  • A+

“Axşam görüşləri” tanınmış şair Ənvər Əlibəylinin 110 illiyinə həsr olunub

Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında yayımlanan proqram tanınmış şair, tərcüməçi, jurnalist, radio və televiziya xadimi Ənvər Əlibəylinin 110 illiyinə həsr olunub.

Akademik Rafael Hüseynov qeyd edib ki, Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli mübarizəli döyüş yolu keçib, 1944-cü ildə ağır yaralanıb. O, müharibəni arxada qoyaraq daha 23 il ömür sürüb və bu illər ərzində övlad şirinliyinin məsudluğunu yaşayıb, sədaqətli dostların varlığı il qürrələnib, şeirləşən kitabların fərəhini dadıb. Ənvər Əlibəylinin bir çox kitabları nəğmələşib, ədibin şeirləri mahnıların qanadında misra-misra Azərbaycan evlərinə qonaq gedib. Ən məşhur və heç vaxt köhnəlməyəcək Azərbaycan filmləri onun şeirləri ilə bəzədilib.

Ənvər Əlibəylinin Azərbaycan radiosu və televiziyasının inkişafındakı xidmətlərindən də bəhs edən akademik Rafael Hüseynov bildirib ki, o, özündən sonra ədəbiyyatımızda ad və söz yadıgar qoyub.

Diqqətə çatdırılıb ki, 52 il ömür sürən Ənvər Əlibəyli 1968-ci ilin mayında vəfat edib.

Proqramda ədibin öz səsi ilə şeirləri dinləyicilərə təqdim edilib, eləcə də onun yazdığı şeirlərin sözlərinə bətələnmiş mahnılar səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: