Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişində dahi Füzulinin zəngin irsinə nəzər salınıb
10.04.2026 10:58
  • A-
  • A
  • A+

“Vətənim” verilişində dahi Füzulinin zəngin irsinə nəzər salınıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında Mədəniyyət kanalında “Vətənim” verilişinin yeni buraxılışı yayımlanıb.

Budəfəki verilişdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına geniş nəzər salınıb.

Bildirilib ki, Məhəmməd Füzulinin yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatının zirvəsi olub, üç dildə (Azərbaycan türkcəsi, ərəb, fars) yazdığı zəngin irslə seçilir. Şairin divanları, qəzəlləri, qəsidələri, "Leyli və Məcnun" poeması, "Şikayətnamə" kimi nəsrləri, həmçinin "Hədiqətüs-süəda" kimi əsərləri onun həm şair, həm də mütəfəkkir kimi çoxşaxəli olduğunu göstərir.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: