Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.05.2022 09:19
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Əvvəlcə elmi, təşkilati və ictimai fəaliyyətlərinə görə institutun 20 əməkdaşına Fəxri fərmanlar təqdim olunub.

Daha sonra müəssisənin alimləri – Famil Hümbətov və Yadigar Cəfərov Eko Energetika Akademiyasına üzv seçilmələri münasibəti ilə təbrik edilib.

Tədbirdə Elmin İnkişafı Fondunun 2022-ci il üçün əsas qrant müsabiqəsi, Belarus Milli Elmlər Akademiyasının Elmi kadrların hazırlanması İnstitutunun magistr və doktorant hazırlığı ilə əlaqəli müraciəti haqqındakı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda institutun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Rauf Sərdarlının “Radiasiya materialşünaslığı” ixtisasından professor elmi adı alması üçün müraciətinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: