Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 15:08
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində mayın 26-27-də “Kəhriz sistemləri memarlıq abidəsi, dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Dünyada iqlim dəyişməsi, kəhrizlərin  bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Ə.Quliyev məruzəsində qeyd edib ki, kəhrizlər Azərbaycanda içməli su və  suvarma mədəniyyətinin qədim nümunələri kimi qiymətli irs abidələridir. Alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Əlövsət Quliyev 2006-ci ildən UNESCO-nun “Qədim hidravlik sistemlər - kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin üzvüdür.

Konfransın ikinci günü Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq fizikası laboratoriyasının müdiri, a.e.ü.f.d. Əli Cəfərov “Kəhriz su sistemlərinin hal-hazırki vəziyyəti və onların saxlanılma qaydaları” mövzusunda məruzə ilə  çıxış edib.

Tədbirin keçirilməsində əsas məqsəd qlobal su çatışmazlığı probleminin aradan qaldırılmasında kəhriz su sisteminin əhəmiyyətini göstərməkdir. Konfransda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, müxtəlif nazirliklərin və dövlət təşkilatlarının, layihənin icra edildiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: