Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.05.2022 16:12
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun əməkdaşları Müstəqillik Gününə həsr olunmuş respublika konfransında iştirak ediblər

Elm Tarixi İnstitutunun əməkdaşları Müstəqillik Gününə həsr olunmuş respublika konfransında iştirak ediblər

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları 25-26 may 2022-ci il tarixində Bakı Avrasiya Universiteti Türkoloji Araşdırmalar Mərkəzinin 28 May - Müstəqillik Günü münasibətilə təşkil etdiyi “Müstəqil Azərbaycan: gerçəklik işığında” adlı respublika konfransında iştirak ediblər.

Tədbirdə Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənova “Kriminastika elminin yaranma tarixi”, həmin şöbənin əməkdaşları tarix üzrə fəlsəfə doktoru, dosent Nazilə Soltanova “Xronometrik vaxt ölçücü qurğusu - Kültəpə arxeoloji tapıntıları arasında su saatı” və elmi işçi Aybəniz Osmanova “Çində riyaziyyat elmi” mövzusunda məruzə ediblər.

Qeyd edək ki, iki gün davam edən konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə Azərbaycanda keçiriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: