Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Filologiya elmləri doktoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib
01.06.2022 11:46
  • A-
  • A
  • A+

Filologiya elmləri doktoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib.

Salidə Şərifova bu ada elm sahəsindəki xidmətlərinə, elmin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvləri sırasında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləri Xoşbəxt Yusifzadə, Cəmil Əliyev, Akif Əlizadə, Əhliman Əmiraslanov, professor Əzizağa Şahverdiyev və digər tanınmış Azərbaycan ziyalıları da var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: