Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2022 14:44
  • A-
  • A
  • A+

Amerikalı seysmoloqlar “Qafqaz kəsilişi” layihəsi çərçivəsində Qubaya səfər ediblər

Amerikalı seysmoloqlar “Qafqaz kəsilişi” layihəsi çərçivəsində Qubaya səfər ediblər

Azərbaycanda səfərdə olan ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol və universitetin elmi işçisi Oğuzxan Yalvac AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Azər İsgəndərov və Əmirxan Abbasovla birgə Quba rayonuna səfər ediblər.

Səfərdə məqsəd layihə çərçivəsində seçilmiş ərazilərdə quraşdırılmış seysmik stansiyalara texniki baxışın və təminatın keçirilməsi, eləcə də stansiyalardan toplanmış məlumatların emala yönəldilməsidir.

Xatırladaq ki, “Qafqaz kəsilişi” layihəsi Quba, Ucar, Ağcabədi, Hacıqabul və İsmayıllı rayonlarını əhatə edir.

Qeyd edək ki, aparılan birgə tədqiqatlar iyunun 8-nə qədər davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: