Mayın 19-da Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının paytaxtı Vladiqafqaz şəhərində YUNESKO-nun RF Şimali Qafqaz respublikalarındakı nümayəndəliklərinin təşkilatçılığı ilə “İnsan və biosfer” mövzusuna həsr olunmuş Beynəlxalq Dəyirmi Masa keçirilib. Tədbirdə Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) və Dağıstan respublikalarından, eləcə də Krasnodar və Stavropol vilayətlərindən mütəxəssislər iştirak ediblər.
Tədbirdə ölkəmizi AMEA Coğrafiya İnstitutunun əməkdaşı, c.ü.f.d. Məhərrəm Həsənov təmsil edib. O, “Azərbaycanda iqlim dəyişmələri və onun mühafizə edilən biosfer obyektlərinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin YUNESKO-nun “İnsan və biosfer” proqramının rəhbəri M.Qodt, MAB-6 qrupunun rəhbəri A.Qunya və digər mütəxəssislər mövzu ətrafında çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir