AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Türkmənistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Paytaxt Aşqabad şəhərində təşkil edilmiş konfrans “Qüdrətli dövlətin yeni dövrünün dirçəlişində elm, texnologiya və innovativ texnologiyalar” mövzusuna həsr olunub.
Elvin Talışınski tədbirə onlayn qoşularaq “Elmşünaslıqda alimlərin elmi kommunikasiyası məsələsinə dair” adlı məruzə ilə çıxış edib.
Qeyd edək ki, beynəlxalq konfransa Belarus, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Bolqarıstan, Özbəkistan, Koreya, Çin, Yaponiya, Macarıstan, İran, Almaniya, Pakistan və digər ölkələrdən alimlər qatılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.