Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.06.2022 12:33
  • A-
  • A
  • A+

AMEA-nın nümayəndələri Ağdamda olublar

AMEA-nın nümayəndələri Ağdamda olublar

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik Nərgiz Axundova, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov və başqaları Milli Qurtuluş  Gününün 29-cu ildönümünü Ağdamda qeyd ediblər.

Qonaqları qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan sonra rayon ərazisində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri ilə tanış edib. Qeyd olunub ki, işğaldan azad edilən digər rayonlar kimi, artıq Ağdamda da yenidənqurma işləri sürətlə davam etdirilir. Yaxın gələcəkdə bura gələnlər erməni vandalizminin dəhşətli mənzərəsi yerinə yeni çiçəklənən Ağdamı görə biləcəklər.

Səfər çərçivəsində qonaqlar rayonun bir sıra yerlərinə baş çəkib, erməni vandalizmi nəticəsində dağıdılmış qəbiristanlıqları, tarixi binaları, mədəniyyət abidələrini ziyarət ediblər. Pənahəli xanın iqamətgahına baş çəkən qonaqlar Ağdamda həyatın qayıdışına şahid olduqlarına görə sevinc hissi keçirdiklərini dilə gətiriblər. Daha sonra ziyalılar Ağdam cümə məscidini ziyarət edərək rayonda həyata keçirilən yeni tikinti layihələri ilə tanış olublar.

Eyni zamanda qonaqlar Ağdam Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Səfərin sonunda qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb və ətraflı fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: