AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları ISECCER-in İtaliyada keçirdiyi “Tətbiqi sosial elmlər, iqtisadiyyat, idarəetmə, və təhsil tədqiqatları” mövzusunda V beynəlxalq elmi konfransında iştirak ediblər.
Konfransda Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənova “Azərbaycanda meliorasiya və su təsərrüfatı: Qarabağın işğalından sonra və əvvəl”, həmin şöbənin əməkdaşı elmi işçi Aybəniz Osmanova isə “Qədim Hindistanda riyaziyyat” mövzusunda məruzələrini təqdim ediblər.
Qeyd edək ki, müxtəlif ölkələrdən, əsasən türk coğrafiyasından iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə birgə keçiriləcək bu və ya oxşar layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb.
Konfrans iştirakçılarına sonda sertifikat təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.