Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud” jurnalının 87-ci sayı çapdan çıxıb
20.05.2025 12:34
  • A-
  • A
  • A+

“Dədə Qorqud” jurnalının 87-ci sayı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 87-ci sayı işıq üzü görüb.

Filologiya elmləri doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar altı rubrikada öz əksini tapıb.

Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında fil.e.d., prof. Ramazan Qafarlının ““Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının struktur-semantik və tipoloji təhlili”, fil.e.d., prof. Osman Fikri Sertkayanın “Dede Korkut kitabı”nda metin tamiri (Bamsam>Bamsım, Çat(ı)r, Dervîş>Keşîş” və fil.e.d., prof. Ramil Əliyevin ““Kitabi-Dədə Qorqud” dastanında bioqrafik zaman” başlıqlı məqalələri oxucuların ixtiyarına verilib.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində fil.e.d., dos. Füzuli Bayatın ““Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana keçid”, fil.ü.f.d., dos. Zümrüd Mənsimovanın “Azərbaycan mərasim folklorunda su kultu və onun əcdad kultu ilə bağlı semantikası”, Xankişi Məmmədovun “Azərbaycan atalar sözləri və məsəllərinin “çoxyarpaq” və ya “çoxçarpaz qafiyə” formulları, onların funksional semantikası”, ped.ü.f.d., dos. Fəridə Səfərəliyevanın “Azərbaycan dili dərsliklərində qəhrəmanlıq dastanlarının tədrisi”, fil.ü.f.d, dos. Məleykə Məmmədova və Qumral Mirzəyevanın “Qarabağ folklorunda inanclar”, fil.ü.f.d. Elnarə Hüseynqızı-Əmirlinin “Söyləyici təhkiyəsinin xüsusiyyətləri və şifahi örnəklər (Azərbaycan örnəkləri əsasında)”, fil.ü.f.d. Günel Hümmətovanın (Pəniyeva) “Epik folklor nümunələrində multikultural dəyərlərin ifadəsi və mənimsənilməsinin təşkili və tədrisi”, Nailə Fərhadqızının (Mirzəyeva) “Heydər Əliyev və Azərbaycan folkloru”, sən.e.d., prof. İlqar İmamverdiyev və Əli İmamverdinin “Azərbaycan milli musiqi alətlərinin əfsanəvi memarı”, fil.ü.f.d. Əsmər Əliyevanın “Azərbaycan nağıllarında şaman arxetipinin paradiqmaları” adlı məqalələri ilə tanış olmaq mümkündür.

Tərcümə materialı  rubrikasında fil.ü.f.d., dos. Nailə Əskərin türkcədən uyğunlaşdırdığı məşhur folklorşünas Alan Dandesin “Mifdə ikili ziddiyyət: keçmişə baxışda Propp/Levi-Strauss mübahisəsi” məqaləsi  yer alıb.

Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında fil.ü.f.d., dos. İlkin Rüstəmzadə tərəfindən toplanılıb yazıya alınmış Qərbi Azərbaycan folklor örnəkləri, “Cənubi Azərbaycan folklorundan nümunələr” bölməsində Qaşqay folklor nümunələri, “Türk xalqlarının folklorundan yeni nümunələr” bölməsində isə fil.ü.f.d., dos. Ləman Vaqifqızının (Süleymanova) toplayıb çapa hazırladığı İraq-türkman folklor örnəkləri verilib.

Jurnalın “Yeni nəşrlər” rubrikasında fil.ü.f.d., dos. Asif Hacıyevin (Şirvanelli) ““Dədə Qorqud” kitabı (Drezden nüsxəsi)” (Bakı, “Elm və təhsil”, 2024) və ““Dədə Qorqud” kitabı (Bursa nüsxəsi)” (Bakı, “Elm və təhsil”, 2024) kitabları haqqında məlumat təqdim olunub.

Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.

Jurnalın elektron variantına buradan baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: