Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2025 14:36
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Ağalı kəndində ezamiyyətdə olublar

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Ağalı kəndində ezamiyyətdə olublar

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun İnnovativ Tədqiqatlar qrupunun rəhbəri Namiq Heydərov və qrupun əməkdaşları İbrahim Nuruyev, Mustafa Kazımov Zəngilan rayonun Ağalı kəndində ezamiyyətdə olublar.

Ezamiyyətin məqsədi Ağalı kəndi ərazisində radioekoloji monitorinqin aparılması, su və torpaq nümunələrinin götürülməsi, həmçinin Ağalı kəndində keçirilən kənd təsərrüfatı sərgisində iştirak etmək idi.

Sərgidə İnnovativ Tədqiqatlar qrupunda hazırlanan və kənd təsərrüfatının avtomatlaşdırılması, ağıllı sistemlərlə idarə olunmasını təmin edəcək layihələr kənd təsərrüfatı nazirinə, sərgi iştirakçılarına və yerli camaata təqdim edilib.

Ağalı kəndi ərazisində müxtəlif koordinatlardan torpaq nümunələri, kəndin yaxınlığından axan Bazarçay (və ya Bərgüşad çayı) çayından isə su nümunəsi götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: