Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.06.2022 14:26
  • A-
  • A
  • A+

MBBİ-nin əməkdaşları buğda sortlarının məhsuldarlığını qiymətləndiriblər

MBBİ-nin əməkdaşları buğda sortlarının məhsuldarlığını qiymətləndiriblər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Xloroplastların fotokimyası laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Mayaxanım Xanışova və elmi işçi Könül Tağıyeva Genetik Ehtiyatlar İnstitutunun Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında ezamiyyətdə olublar. 

Ezamiyyə zamanı Qarabağ Elmi-Tədqiqat Bazasında əkilmiş buğda sortlarının və  hibridlərinin məhsuldarlığı qiymətləndirilib, həm valideyn, həm də F4 nəsil hibrid formalardan sünbülün struktur elementlərini analiz etmək üçün nümunələr götürülüb.

Həmçinin Botanika İnstitutunun Kürdəmir təcrübə sahəsində şoran torpaqlarda əkilmiş buğda sortları və hibridlərinin sünbülləri analiz üçün toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: