Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.07.2022 16:52
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə 2022-ci ilin birinci yarısında əldə olunmuş nəticələr müzakirə olunub

Seysmoloji Mərkəzdə 2022-ci ilin birinci yarısında əldə olunmuş nəticələr müzakirə olunub

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elmi-Texniki Şurasının iclası keçirilib.

Tədbirdə çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli gündəlikdə duran əsas məsələlər haqqında danışıb.

Baş direktor bildirib ki, 2022-ci ilin birinci yarısı mərkəz üçün uğurlu olub. Mərkəzin beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlu nəticələri olub.

Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələrinin Azərbaycanda mərkəz əməkdaşları ilə birlikdə tədqiqatlar apardıqlarını qeyd edən baş direktor, həmçinin qardaş Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini bildirib.

Qeyd edək ki, iclasda RSXM-nin müvafiq şöbələrinin 2022-ci ilin birinci yarısında apardığı elmi araşdırmalar və tədqiqatların nəticələri, eləcə də mərkəz tərəfindən görülən işlərlə bağlı hesabatlar təqdim olunub.

Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova öz çıxışında bildirib ki, 2022-ci ilin birinci yarısında 42 rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. Bu ilin altı ayı ərzində Büro tərəfindən 5747 yeraltı təkan qeydə alınıb. Onlardan 1802-i yerli (Azərbaycan ərazisi),  1617-i regional və 1627-i isə  uzaq zəlzələlərdir. Həmçinin bu ilin altı ayı ərzində 701 partlayış qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ilin birinci yarımilliyində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 20 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 7 hiss olunan zəlzələ qeydə alınıb.

Daha sonra RSXM-nin müvafiq şöbə müdirləri çıxış edərək, 2022-ci ilin altı ayında görülən işlərə dair hesabatlarını təqdim ediblər.

Müzakirələr təqdim olunan hesabatlara dair sualların cavablandırılması və hesabatların qəbul edilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: