Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin fotoşəkli qorunur
22.07.2022 14:23
  • A-
  • A
  • A+

Tarix Muzeyində görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin fotoşəkli qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda görkəmli maarifçi, publisist, təbiətşünas alim, mütəfəkkir Həsən bəy Zərdabinin fotoşəkli qorunur.

Azərbaycanda ana dilində ilk qəzetin nəşrə başlamasının 147 ili tamam olur. 1875-ci il 22 iyul tarixində görkəmli mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1875-ci il iyulun 22-dən 1877-ci il sentyabrın 29-dək çapı davam etdirilən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.

Bu gün müstəqil Azərbaycanda azad, demokratik mətbuatın inkişafına geniş imkanlar yaradılıb. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: