Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.07.2022 11:00
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları bir sıra bitkilər üzərində monitorinq keçiriblər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları bir sıra bitkilər üzərində monitorinq keçiriblər

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. dos. Nərgiz Sultanova, kiçik elmi işçilər Nərgiz Bayramova və Aysel Mədədli Mərkəzi Nəbatat Bağının üzüm, tərəvəz və bostan bitkiləri əkilmiş təcrübə sahəsində monitorinq keçiriblər.

Monitorinqin əsas məqsədi bitkilərdə rast gəlinən əsas virus xəstəliklərinin tədqiqi olub. Bu məqsədlə ilkin olaraq bitkilər vizual diqnostika edilib, yarpaqlarında saralma, qızarma, qıvrılma-burulma, nekroz ləkələr və s. simptomlar rast gəlinən bitikilərdən nümunələr toplanıb.  Çöl tədqiqatları zamanı sözügedən ərazilərdən virus simptomlarına malik olan üzüm, tomat, bibər,  xiyar, yemiş, qarpız və s. bitkilərin yarpaqlarından nümunələr götürülüb. 

Növbəti mərhələdə virusların növünü müəyyənləşdirmək məqsədilə bitkilər laborator şəraitdə seroloji və molekulyar diaqnostika ediləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: