Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.07.2022 18:42
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin məlumatı

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin məlumatı

Bu gün bir sıra mətbuat orqanlarında Azərbaycan Milli Elmlər Akademiyasında qorunan qiymətli əlyazmaların və digər sənədlərin talan edilməsi ilə bağlı məlumatlar yayılıb.

AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi bildirir ki, bu informasiyalar həqiqətə uyğun deyil. AMEA-nın arxivinin qorunduğu Elmi irs şöbəsindən heç bir sənəd, şəkil və digər qiymətli əlyazmalar akademiyanın hüdudlarından kənara çıxarılmayıb və çıxarılması mümkün deyildir. Çünki AMEA-nın rəhbərliyinin xüsusi tapşırığı və icazəsi olmadan həmin sənədləri nəinki AMEA-nın arxivindən çıxarmağa, heç oxumağa belə icazə verilmir.

AMEA-nın arxivində mühafizə edilən sənədlər xalqın mülkiyyətidir və Azərbaycan Respublikasının arxivlər haqqında qanununa uyğun qorunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: