Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) şagirdlər üçün hazırlıq düşərgəsi keçirilib.
Təşəbbüsün məqsədi Gürcüstanda keçiriləcək “XV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası”nda iştirak edəcək Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.
Düşərgədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov tərəfindən olimpiadaya hazırlıq dərsləri keçilib. İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.
Dərslərlə yanaşı, düşərgə iştirakçıları ŞAR-ın teleskopları ilə tanış edilib, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Şagirdlər, həmçinin gecə müşahidələrində də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.